Vətəndaşlarının əmək hüquqlarının qorunması hüquqi dövlət quruculuğunun prioritetlərindən biridir

19:00 - 26 Aprel 2018 - KİVDF

Azərbaycanda əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilir

Son illər regional əhəmiyyət kəsb edən böyük enerji və nəqliyyat-kommuniksiya infrastrutkrunun inkişaf etdirilməsi layihələri, regionların sosial-iqtisadi inkişaf proqramları həyata keçirilir, liberal bazar münasibətlərinə keçidlə əlaqədar sahibkarlığın fəallaşması müşahidə olunur. Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət kursunun əsas məqsədi iqtisadi inkişaf templərini daha da artırmaq, sosialiqtisadi islahatları sürətləndirmək, xarici ölkələrlə iqtisadi əməkdaşlığı daha da dərinləşdirmək, yeni texnologiyaların ölkəmizə gətirilməsi ilə onun müasirləşməsinə nail olmaq və bu inkişafa mane ola biləcək amilləri aradan qaldırmaqdır. Belə ki, iqtisadiyyatın sürətli inkişafı, eyni zamanda mülki və iqtisadi mübahisələrin sayının artmasına, institusional dəyişikliklərin dərinləşməsinə gətirib çıxarır. İqtisadi islahatlar prosesində yaranan yeni mülkiyyət münasibətlərinin tənzimlənməsi və mülkiyyət hüquqlarının müdafiəsi müstəqil məhkəmə sistemini və səmərəli ədalət mühakiməsini zəruri edir. İşçi və işəgötürən arasında münasibətlər hüquqi yolla tənzimlənir.

Ümumiyyətlə, Azərbaycan Respublikası vətəndaşlarının əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən biridir. Son illər dövlət tərəfindən əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafelərinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilir. Görülmüş tədbirlər nəticəsində iqtisadi artımın bazasında əhalinin gəlir əldə etmək imkanları daha da genişləndirilib, makroiqtisadi sabitliyin təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, bu sahədə əlverişli şəraitin yaradılması vasitəsilə tarazlı və bilavasitə yoxsulluğun azaldılmasına istiqamətlənmiş inkişafın reallaşdırılması, eləcə də müasir prinsiplər əsasında fəaliyyət göstərən sosial müdafiə mexanizmlərinin ölkənin iqtisadi mühitinə inteqrasiyasının prioritet kimi müəyyən olunması milli iqtisadiyyatın sosial yönümlülüyünü daha da artırıb.

2006-cı ildən ölkədə tətbiq edilən və dövlət sosial sığorta sistemində fərdi uçota əsaslanan yeni sığorta-pensiya sistemi işçilərin pensiya və digər sosial təminatlarının daha effektiv reallaşdırılmasına imkan verib. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli işçi qüvvəsi ilə təmin olunması, əmək bazarında çevik siyasətin həyata keçirilməsini təmin edən institutlar vasitəsilə sosial dialoqun inkişafı və inklüziv məşğulluğun artmasına nail olunması, habelə əmək resurslarından səmərəli istifadə nəticəsində əmək məhsuldarlığı səviyyəsinin yüksəldilməsi əsas strateji hədəf və prioritetlər kimi müəyyən edilib.

Bu gün də qarşıya qoyulan hədəflərə nail olmaq üçün ölkədə qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun yaxşılaşdırılmasına yönəlmiş institusional mühitin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən–işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının effektiv müdafiəsinin təmin edilməsi və bu sahədə dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə  Prezident İlham Əliyev 17 mart, 2017–ci il tarixində Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yaradılması barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Komissiyanın sədri Baş nazirin müavini Əli Əhmədov, üzvləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, vergilər naziri Fazil Məmmədov, iqtisadiyyat naziri Şahin Mustafayev, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti Məmməd Musayev təyin edilib.

Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov qeyd edib ki, Komissiyanın vəzifəsi ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsini, işəgötürən–işçi münasibətlərinin rəsmiləşdirilməsini, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsini, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının effektiv müdafiəsinin təmin edilməsini və bu sahədə dövlət orqanları arasında koordinasiya olunan siyasətin həyata keçirilməsini təmin etməkdir. Onun sözlərinə görə,vətəndaşların əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Bildirib ki, son illər dövlət tərəfindən əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafelərinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilir. Görülən tədbirlərin nəticəsində iqtisadi artımın bazasında əhalinin gəlir əldə etmək imkanları daha da genişləndirilib, makroiqtisadi sabitliyin təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, bu sahədə əlverişli şəraitin yaradılması vasitəsilə tarazlı və bilavasitə yoxsulluğun azaldılmasına istiqamətlənmiş inkişafın reallaşdırılması, eləcə də müasir prinsiplər əsasında fəaliyyət göstərən sosial müdafiə mexanizmlərinin ölkənin iqtisadi mühitinə inteqrasiyasının prioritet kimi müəyyən olunması milli iqtisadiyyatın sosial yönümlülüyünü daha da artırıb.

Komissiya sədri bildirib ki, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrində də Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli işçi qüvvəsi ilə təmin olunması, əmək bazarında çevik siyasətin həyata keçirilməsini təmin edən institutlar vasitəsilə sosial dialoqun inkişafı və inklüziv məşğulluğun artmasına nail olunması, habelə əmək resurslarından səmərəli istifadə nəticəsində əmək məhsuldarlığı səviyyəsinin yüksəldilməsi əsas strateji hədəf və prioritetlər kimi müəyyən edilib. Bu hədəflərə nail olmaq üçün ölkədə qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun yaxşılaşdırılmasına yönəlmiş institusional mühitin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Baş nazirin müavini deyib ki, ötən il ölkəmizdə əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı atılan addımlar, həyata keçirilən tədbirlər nəticəsində əmək müqavilələrinin imzalanması işində artım qeydə alınıb. 2018-ci ilin ilk ayında 13 min  665 yeni əmək müqaviləsi imzalanıb.   Əli Əhmədov bildirdi ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində layihələr hazırlanıb, digər vacib addımlar atılıb. Qeyri-rəsmi məşğulluqla bağlı faktlar aşkarlanaraq aradan qaldırılıb. 
 

 

Xəbər xətti