Ana səhifə
27 May 2018

“CinemaPlus”da “Ol” filminin qalası keçirilib

Gənclik Mall TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında dram və komediya janrında olan “Ol” filminin qalası keçirilib.

Tədbirdə filmdə rol alan aktyorlarla yanaşı tanınmış türk aktyoru Tuncer Salman, incəsənət nümayəndələri, dəvət olunan qonaqlar və media nümayəndələri iştirak ediblər.
Filmin nümayişindən əvvəl foyedə qonaqlar üçün furşet təşkil olunub.
Filmin rejissoru Namiq Ağayevdir. Rolları Namiq Ağayev, Fikrət Məmmədov, Vüsalə Ağayeva, Svetlana Həşimova ifa ediblər.
Film ssenarist və rejissor olan iki qardaşdan bəhs edir. Uğursuz premyera gecəsindən sonra, sponsorlar tərəfindən döyülən və küçəyə atılan qardaşlar evə gedirlər.Yolda qarşılarına özləri kimi döyülmüş, təhqir edilmiş qız çıxır. Alicənab qəhrəmanlar dələduzların qurbanı olan qızı darda qoymadan onu da evə aparırlar. Özlərinə gəldikdən sonra, bu xanımın varlığından ilhamlanıb yeni ssenari yazmağa başlayırlar. Təsadüf nəticəsində tanış olduqları qızcığaz onların yeni ssenarisində şəhzadə qıza çevrilir. Qələmə aldıqları ssenari lentə köçmədən öncə həyatda canlanmağa başlayır. Sürətlə inkişaf edən hadisələr yazılanları qabaqlayır və təhlükəli vəziyyətlər yaranır.
Film aprelin 26-dan etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Tarix
26 Aprel 2018 [13:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin