Bakıda avtomobil qaçıran şəxslər tutulub

Bakıda avtomobil qaçıran şəxslər tutulub.

Ucnoqta.az xəbər verir ki, DİN-dən Trend-ə verilən məlumata görə, aprelin 11-nə keçən gecə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonunun M.Cəlal küçəsindən Bakı şəhər sakini Mirməhəmməd Bəhramzadəyə məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Avtomobil həmin gün Goranboy rayonunun Əhmədabad kəndində Baş Dövlət Yol Polisi İdarəsi və Goranboy RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, onu qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Nəcəfov polis əməkdaşlarına təhvil verilib.

19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən qrupun digər üzvü – Məhəmməd Miriyev də saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə axtarışda olduğu, həmçinin aprelin 11-də Bakı şəhər sakini Rövşən Hüseynova məxsus “VAZ-2106” markalı avtomobili qaçırması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
26 Aprel 2018 [13:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin