Sağlamlığının qayğısına qalanlar Azərsun məhsullarından istifadə edir- Fotolar

13:04 - 26 Aprel 2018 - Cəmiyyət

Zaman-zaman əhali arasında keyfiyyətsiz qida məhsullarının istehsalı və marketlərdə satıldığı barədə xəbərlər dolaşır. Bəzi üzdəniraq işbazlar da maddi maraqlarını öndə tutaraq əhalinin sağlamlığı üçün zərərli olan, gigiyenik qaydalara əməl edilməyən, düzgün saxlanma şəraiti olmayan, kimyəvi tərkibli məhsullar istehsal edirlər. Belə qida məhsullarından istifadə edənlər müxtəlif xəstəliklərə yoluxur, qida zəhərlənmələrinə məruz qalırlar. Belə xəbərlər fonunda insanlar da hansı məhsulun daha keyfiyyətli olması barədə seçim qarşısında qalmalı olur ki, keyfiyyətli və gigiyenik tələblərə cavab verən məhsul istehsal edən şirkətlər isə bundan zərər çəkmiş olurlar.

“Azərsun Holdinq” hər bir istehsal etdiyi məhsulda insan sağlamlığı amilini əsas tutur

“Azərsun Holdinq”in tabeliyində olan müəssisələrin qapıları daim ictimaiyyət nümayəndələrinin üzünə açıq olub. İstənilən ictimaiyyət nümayəndəsi holdinqin istehsal etdiyi məhsulların istehsal prosesi ilə yaxından tanış ola bilər. Holdinq rəhbərliyi tərəfindən şirkətə məxsus müəssisələrə mütəmadi olaraq mediaturlar da təşkil olunur ki, hər bir istehlakçı qəbul etdiyi qidaların necə bir gigiyenik şəraitdə hazırlanması ilə mətbuatdan da tanış ola bilər.

"“Azərsun Holdinq” hər bir istehsal etdiyi məhsulda insan sağlamlığı amilini əsas tutur. Keyfiyyət bizim həyatımızdır” devizini irəli sürən “Azərsun Holdinq”in  prezidenti Abdolbari Goozal deyib: “Beynəlxalq rəqabətdə israrlı olan “Azərsun Holdinq”in  istehsal fəaliyyətlərində əhatə etdiyi bütün mərhələlərdə onu müşayiət edən və etalona çevrilmiş KEYFİYYƏT amili Azərsunluların dəyişməz dəyəridir. Keyfiyyət bizim həyatımızdır”. 

Keyfiyyətli və insan sağlamlığı üçün təhlükəsiz qida istehsal olunan proseslərdən birini izləmək üçün ölkənin aparıcı KİV nümayəndələri bu dəfə Azərbaycan Şəkər İstehsalat Birliyinin nəzdində yaradılmış Kəllə Qənd Zavodunda oldular.

Kəllə Qənd Zavodunda yüksək gigiyenik şərtlərə riayət olunmaqla qənd istehsal olunur

Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair dövlət proqramının tərkib hissəsi olaraq, xüsusən də ölkədə ərzaq təhlükəsizliyinin təmini, işsizliyin aradan qaldırılması, əhalinin sosial rifahının, maddi təminatının yaxşılaşdırılması məqsədəilə prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində 2010-cu ildə İmişli rayonunda, Azərbaycan Şəkər İstehsalat Birliyinin nəzdində Kəllə Qənd Zavodunun təməli qoyulub.

Kəllə Qənd zavodu 2012-ci ildə istismara verilməklə, burada 300 nəfərdən artıq yerli sakin  işlə təmin olunmuş, burada dünaynın sivil dövlətlərinin aparıcı şirkətlərilə aparılmış əməkdaşlıq sayəsində son dərəcə mütərəqqi avadanlıqların, texnoloji qurğuların tətbiqi ilə standartlara cavab verən, yüksək gigiyenik şərtlərə riayət olunmaqla, özünəməxsus dadı və görünüşü ilə fərqlənən kəllə qənd məhsulu istehsal edilməkdədir. 
Zavodun Proses və Keyfiyyətə Nəzarət şöbə müdiri Yalçın Xəlilov jurnalistlərə istehsal prosesi barədə ətraflı məlumat verdi. Onun sözlərinə görə, müəssisə digər kiçik sexlərdən fərqli olaraq zavod şəklində fəaliyyət göstərir:
“Burada bütün istehsal prosesi  qapalı mühitdə, xam məhsulun qəbulundan son məhsulun qablaşdırılmasınadək məhsula heç bir əl təsiri olmadan, tam avtomatlaşdırılmış avadanlıqlar hesabına istehsal edilməkdədir”.

Kiçik sexlərdə istehsal edilmiş qəndlərin tərkibində insan sağlamlığına çox ciddi xələl gətirən maddələr mövcuddur

Yalçın Xəlilov rəqabət  qabiliyyətinin artırılması məqsədilə digər kiçik sexlərdə istehsal edilmiş qəndlərin labaratoriyada müqayisəli analizləri aparıldığını media işçilərinin diqqətinə çatdırdı:
“Onların böyük qisminin tərkibində insan sağlamlığına çox ciddi xələl gətirən, mədə-bağırsaq sisteminin fəaliyyətinin pozulmasına səbəb ola biləcək kükürd tərkibli, Sodium hidrosulfit maddəsinin olması müşahidə edilməkdədir.
Qeyd edək ki, aparılmış araşdırmalara əsasən bu kimi maddələrin sexlərdə istifadəsi kəllə qənd məhsulunun ağardılması, eləcə də bərkliyinin təmin edilməsi məqsədilə istifadə edilir”.

“Məhsullarımızın istehsalında heç bir kimyəvi, süni və zərərli olan kənar qatqılardan istifadə edilmir”

KİV nümayəndələri daha sonra zavodda istehsal prosesi ilə yaxından tanış oldular. Proses və Keyfiyyətə Nəzarət şöbə müdiri onu da xüsusi qeyd etdi ki, məhsulların istehsalında, onların ağardılmasında  xüsusən də heç bir kimyəvi, süni və zərərli olan kənar qatqılardan istifadə edilmir:
“Məhsullarımızın istehsalında hətta suyun mikrobioloji təmizlənməsindən başlamaqla bütün proseslərimizdə son dərəcə gigiyenik və sanitar qaydalara riayət edilir. Məhsullarımızın ağardılması mərkəzdən qaçma qüvvəsinə əsaslanan sentrafuqlama prosesi hesabına təmin edilməkdədir”- Yalçın Xəlilov bildirdi.
Yüksək keyfiyyətli şəkər tozu Kəllə Qənd Fabrikinin müvafiq əritmə qazanlarında əridilərək xüsusi filtirlərdən keçirilir, arıtlanır və bundan sonra əmələ gələn şəkər şərbəti Vakuum  bişirim aparatına daxil edilərək  75-85 C0  temperaturda tam qapalı sistemdə bişirilir. Daha sonra bişmiş və qatılaşdırılmış şərbət qəliblərə doldurulur və burada bərkimə prosesi həyata keçirilir.

Jurnalistlər qəndin ağardılma prosesində heç bir kimyəvi, süni və zərərli olan kimyəvi qatqılardan istifadə olunmadığının əyani şahidi oldular. Təbii sarı rəngli kəllə qəndlər “sentrafuqa qurğularında” mərkəzdən qaçma qüvvəsinə əsaslanaraq “sentrafuqlama” (sürətli fırlanma) prosesi hesabına ağardılır.
Daha sonra bütöv (konusvari) şəkildə istehsal edilmiş kəllə qənd məhsulu qurutmaya verilərək doğrama qurğuları vasitəsilə doğranılır və qablaşdırılır. 
Məhsul hazır olduqdan sonra istehlakçıya çatdırılmaya qədər zavodda xüsusi temperaturda saxlanma anbarları və məhsulun qablaşdırılması üçün istifadə ediləcək qutuların saxlanması üçün xüsusi anbarlar da mövcuddur. Xammalın qəbulundan hazır məhsul alınaraq qutulaşdırmaya qədər olan prosesi izləyən media mənsubları burada yüksək gigiyenik şərtlərə əməl olunduğunun bir daha əmin oldular.

“Sağlamlığınızın qayğısına qalaraq Azərsun məhsullarından istifadə edin”

 Yalçın Xəlilov bildirdi ki, məhsulların mənşəyi ölkə ərazisində yetişdirilməklə yekunda AŞİB-ə tədarük edilmiş yüksək keyfiyyətli şəkər çuğundurudur:
“Məhsullarımızın böyük hissəsini Rusiya bazarı əhatə edir.
Mən xalqımıza, vətəndaşlarımıza üz tutaraq tam əminliklə səslənərək təklif edirəm ki, öz sağlamlıqlarının qayığısına qalmaqla İmişli Kəllə zavodunda istehsal edilmiş, Azərsun Şirkətinə  məxsus "Azərşəkər", "Final" və "Evim" markalı qənd məhsullarından istifadə etsinlər”.

Emin Nəbili

 


Xəbər xətti