Nəsimidə mənzildən 5 min manatlıq qızıl əşyalar oğurlayan şəxs tutuldu

12:02 - 26 Aprel 2018 - HADİSƏ

Nəsimi rayonu ərazisindəki mənzillərin birindən qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şamo Babayev saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, DİN-dən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan İmişli rayon sakini Ş.Babayev aprelin 24-də rayondakı mənzillərin birindən 5000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinir.

Xəbər xətti