Etibar Pirverdiyev: “Mingəçevir su elektrik stansiyasının bu il istifadəyə verilməsi nəzərdə tutulur”

11:15 - 26 Aprel 2018 - Xəbər

 2017-ci ildə respublikada ümumilikdə elektrik enerjisinin istehsalı 21,8 mlrd. kilovat-saat təşkil edib. Bunun 20,2 mlrd. kilovat-saatı istilik elektrik stansiyalarının, 1,6 mlrd. kilovat-saatı isə su elektrik stansiyalarının payına düşüb. 

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının innetnet səhifəsinə müsahibəsində “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev deyib.

Bundan başqa, onun sözlərinə görə, bu il Mingəçevir su elektrik stansiyası yenidən qurulmadan sonra istifadəyə veriləcək: “Cari ildə elektroenergetika sistemində bir sıra yeniliklərin olacağı gözlənilir. 2010-2017-ci illərdə aparılan yenidənqurma işləri çərçivəsində gücü 424 MVt-a çatdırılmış Mingəçevir su elektrik stansiyasının 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. 2011-ci il 21 sentyabr tarixində Bakı şəhərində 409 MVt gücündə "Şimal-2" elektrik stansiyasının təməli qoyulub. Artıq burada son tamamlama işləri aparılır və stansiyanın cari ildə istismara verilməsi gözlənilir. Lerik rayonunda tikilən 16,5 MVt gücündə elektrik stansiyası da 2018-ci ildə istismara veriləcək. Son illərdə respublikamızda kiçik su elektrik stansiyalarının tikintisi də geniş vüsət alıb. Artıq yeni tikilən bir neçə su elektrik stansiyası uğurla fəaliyyət göstərir. Cari ildə bu qəbildən olan "Astara-1", "Oğuz-1", "Oğuz-2" və "Oğuz-3" kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi nəzərdə tutulur”.

Xəbər xətti