Üzərində 20 min manat olan şirkət xəzinədarına 14 bıçaq zərbəsi vurulub

10:38 - 26 Aprel 2018 - Xəbər

Bakının Yasamal rayonu, Naxçıvani küçəsində baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatı məlum olub.

Hadisə zamanı bıçaqlanan 1989-cu il təvəllüdlü Tərxan Namazov “ZD Travel” şirkətinin xəzinədarıdır. Naməlum şəxs onu bıçaqlayıb və üzərində olan 20 min manat pulu götürərək qaçmağa cəhd edib, lakin buna nail ola bilməyib. 14 bıçaq yarası almış T.Namazov ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisə zamanı T.Namazovun üzərində olan 20 min manat şirkətə məxsus olub.

 

Xəbər xətti