ABŞ qitələrarası ballistik raketini sınaqdan keçirib

10:07 - 26 Aprel 2018 - DÜNYA

ABŞ-ın Hərbi Hava Qüvvələri (HHQ) "Minuteman III" qitələrarası ballistik raketini sınaqdan keçirib. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə HHQ-nin mətbuat xidməti məlumat yayıb.

Bu, 2018-ci ildə bu tip raketin ilk sınağı idi, sonuncu buraxılış 2017-ci ilin avqustunda baş tutub. Sınaq ilkin olaraq fevral ayına planlaşdırılsa da, sonradan vaxtı dəyişdirilib.
Raket döyüş başlığı ilə təchiz olunmayıb. Sınaq uğurlu olub, raketin əsas hissəsi hədəfə çatıb. Sınaq Kaliforniyanın cənubundakı Vandenberq bazasında həyata keçirilib.

Xəbər xətti