“Instagram” da bu funksiyanı aktivləşdirdi

19:01 - 25 Aprel 2018 - Xəbər

“Instagram” servisinin komandası “Facebook” sosial şəbəkəsində “Məlumatlarınızı yükləyin” (“Download Your Information”) funksiyasının analoqunu təqdim edib. “Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, bu alət “Instagram”a yüklənmiş bütün məzmunu yükləməyə imkan verir. Hazırda “Data Download” funksiyası xidmətin saytı vasitəsilə bütün istifadəçilər üçün əlçatandır, sözügedən funksiya yaxın vaxtlarda mobil proqram üçün də təqdim ediləcək. Sorğu formasına elektron poçt ünvanı daxil edən istifadəçiyə öz hesabındakı məzmunu yükləməyə imkan verən linkdən ibarət məktub göndəriləcək. 48 saat ərzində sorğuya cavab verilir.

Xəbər xətti