Ana səhifə
23 Oktyabr 2018

Xudatda dövlət sərhədini pozan əcnəbi saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının keçirdiyi əməliyyatla xarici vətəndaşın dövlət sər­hə­dini pozmasının qarşısı alınıb.   Ucnoqta.az xəbər verir ki, DSX mətbuat mərkəzindən APA-ya bildirilib ki, dövlət sərhədinin pozulması halı Xudat sərhəd dəstəsinin xid­­­məti ərazisində baş verib. Qusar rayonunun Şirvanovka kən­­di yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azər­baycan Respublikasından Rusiya Federasiyası istiqamətində döv­lət sərhədini pozmağa hazırlaşan naməlum şəxs sər­həd naryadı tərəfindən aşkarlanıb və hərəkətləri nəzarətdə saxlanılıb.   Sərhəd pozucusu sərhəd zastavasının mühəndis-texniki çə­pə­rinin məftillərinin arasında keçərək sərhədboyu zolağa daxil ol­duqdan sonra sərhəd naryadı tərəfindən tutulub.   Sərhəd pozucusunun Özbəkistan vətəndaşı, 1991-ci il tə­vəl­lüdlü Tukhtasinov Tolibjon Rahman­jon oğlu olması müəyyənləşib.   Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Tarix
25 Aprel 2018 [17:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin