Ana səhifə
20 Avqust 2018

Şəmkirdə norveçli şahmatçı 6 qolla yarışın bombardiri olub

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirinin iştirakçıları və təşkilatçılar arasında futbol turniri keçirilib. Ucnoqta.az xəbər verir ki, turnirin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şəmkir Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 4 komanda mübarizə aparıb. Azərbaycan və xarici şahmatçılardan ibarət komandalarla yanaşı, yarışda həmçinin ShamkirChess 2018 superturnirinin təşkilatçılarından formalaşan iki kollektiv çıxış edib. Final oyununda Azərbaycan komandasıyla heyətində xarici şahmatçıların çıxış etdiyi "Dünya yığma"sı üz-üzə gəlib. Maraqlı anlarla yadda qalan həlledici görüş "Dünya yığma"sının 2-1 hesablı qələbəsiylə yekunlaşıb. Maraqlıdır ki, "Dünya yığma"sının turnirdə bütün qollarını Maqnus Karlsen vurub. Ümumilikdə norveçli şahmatçı 6 qolla yarışın bombardiri olub. Sonda qalib komanda kubokla mükafatlandırılıb.
Tarix
25 Aprel 2018 [16:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin