Ana səhifə
19 Avqust 2018

Göyçay və Masallıda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Aprelin 24-də Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb. Ucnoqta.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan şəhər sakini Əlixan Məmmədovdan şəxsi axtarış zamanı marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evin həyətindəki qarajda gizlətdiyi 485 qram marixuana da aşkar edilərək götürülüb. Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Valeh Tağıyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə kolu, yaşadığı evdən isə gizlətdiyi çəkisi 435 qram marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxslər götürülümüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktlarla bağlı cinayət işləri başlanılıb.trend
Tarix
25 Aprel 2018 [15:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin