Ana səhifə
27 May 2018

Azərbaycanın ikinci peykinin buraxılışı təxirə salındı - SƏBƏB? 

Azərbaycanın ikinci “Azerspace-2/Intelsat 38” geostasionar peykinin buraxılışı təxirə salınıb. Bu barədə peykin buraxılışı ilə məşğul “Arianespace” (Fransa) şirkətindən bildirilib. Qeyd olunur ki, aaha əvvəl mayın 25-ə təyin olunmuş proses Hindistanın kosmik-tədqiqat təşkilatının "GSAT-11" peykində aparılan texniki yoxlamalarla əlaqədar yay aylarına keçirilib. Bildirilir ki, dəqiq tarix yaxın zamanlarda elan olunacaq. Qeyd edək ki, peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru (Qviana Kosmik Mərkəzi) kosmodromundan "Ariane 5 ECA" raket daşıyıcısının köməyi ilə orbitə buraxılacaq. "Ariane 5 ECA" raket daşıyıcısı Azərbaycanın peykindən başqa, eyni vaxtda orbitə Hindistanın "GSAT-11" rabitə peykini də çıxaracaq. Azərbaycanın "Azerspace-2/Intelsat 38" peykinin xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.tren
Tarix
25 Aprel 2018 [13:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin