Ana səhifə
27 May 2018

Yerevanda kütləvi etiraz aksiyası yenidən başladı

Yerevanın Respublika meydanında müxalifətin lideri, deputat Nikol Paşinyanın rəhbərliyi ilə kütləvi etiraz aksiyası başlayıb. N.Paşinyan aprelin 25-də hakimiyyət nümayəndələri ilə danışıqları davam etdirəcəyini bəyan etsə də, ötən gün məlum oldu ki, görüş baş tutmayacaq. Baş nazir vəzifəsini icra edən Karen Karapetyan bildirib ki, N.Paşinyan birtərəfli qaydada yeni şərtlər irəli sürüb. Müxalif deputat isə öz növbəsində elan edib ki, Respublika Partiyası hakimiyyətdə qaldığı müddətdə etiraz aksiyalarını davam etdirəcəklər. Qeyd edək ki, aprelin 23-də Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.trend
Tarix
25 Aprel 2018 [12:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin