Ana səhifə
26 May 2018

Vəkil: Hüseyn Abdullayev Bakı İstintaq Təcridxanasına köçürüldü

Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən sabiq millət vəkili Hüseyn Abdullayev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə H.Abdullayevin vəkili Ruhid Əkbərov məlumat verib. Vəkil qeyd edib ki, H.Abdullayev bu gün 1 saylı Bakı İstintaq Təcridxanasına təhvil verilib.

Qeyd edək ki, H.Abdullayev Türkiyədə saxlanılaraq aprelin 22-də Azərbaycana gətirilib və aidiyyəti istintaq orqanına təhvil verilib.

2012-ci ildə H.Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb. H.Abdullayev ölkədən qaçdığı üçün onun barəsində axtarış elan edilmişdi.

Tarix
24 Aprel 2018 [17:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin