Ana səhifə
18 Oktyabr 2018

Bakı Metropoliteninin vəzifəli şəxsi rayonluları aşağıladı, üzr istədi- FOTOLAR - Yenilənib

16:59

Bakı Metropoliteninin marketinq şöbəsinin rəhbəri Lalə Babayeva təmsil etdiyi qurumun problemlərinin səbəbi kimi kəndlərdən gələnləri göstərməklə sosial şəbəkələrdə narazılıq dalğası yaradıb.

Ucnoqta.az Virtualaz.org-a istinadən xəbər verir ki, hər şey “Facebook” sosial şəbəkəsinin istifadəçisi Zakir Əlizadənin metroda insan kütləsinin fotoşəklini yerləşdirməsi və bu halın baş verməsində metronun rəhbərliyini ittiham etməsi ilə başlayıb. Z.Əlizadənin sözlərinə görə, baş verənlərin səbəbi “qaynar saat”larda bilərəkdən qatarların hərəkət intervalının artırılması və sınaq qatarlarının reysə buraxılmasıdır. Bu zaman müəllif səhvə yol verərək, “çastpik” (əslində “ças pik» – “час пик”) ifadəsini işlədib.

Buna cavab olaraq, Bakı Metropoliteninin təmsilçisi Lalə Babayeva yazıb ki, “çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı” (qeyd edək ki, Lalə xanım da qrammatik səhvə yol verib və “yaranmazdır” yazıb).

L.Babayevanın şərhi bloger Bəxtiyar Hacıyevin diqqətindən yayınmayıb və o, #hamimizkendchiyik heşteqi altında kampaniyaya başlayıb.
“Bakı Metropoliteninin ictimaiyyətlə əlaqələr şöbəsinin rəsmisinin, 'Chto, Gde, Kogda' oynayan, rusdilli ziyalının vətəndaşa cavabı.
Şəxsən tanımıram, bu xanıma deyin ki, hamı sizin kimi rahat, lüks həyat yaşamır, PortBakuya vizasız getmir, kəndlərdən paytaxt tıxacına, metro basabasına kefindən gəlməyib.

Vaxtında regionlar inkişaf etsəydi, məsul vəzifələrə kimlərinsə oğlu, qızı, kürəkəni, sevgilisi, ikinci sevgilisi gətirilməsəydi, insanlar da öz kəndlərində, rayonlarında ailələrinin yanında, təmiz havada yaşayardılar... Həqiqi intellektualdırsa, bu yazdığına görə bütün rayon, kənd adamlarından üzr istəməlidir”, - bloger qeyd edib.
Sayılı saatlar ərzində Bəxtiyar Hacıyevin kampaniyasına minlərlə insan qoşulub. Bundan sonra qalmaqal böyüyüb və Lalə Babayeva yazdığı şərhi silmək məcburiyyətində qalıb.

Virtualaz.org dəqiqləşdirib ki, rayonluları Bakıda metronu “korlamaqda” günahlandıran Lalə Babayeva “Bakı Metropoliteni” QSC-nin keçmiş sədr müavini Zaur Babayevin qızıdır. Zaur Babayev əvvəllər “Bakelektrikşəbəkə”də işləyib, 2014-cü ildə “Bakı Metropoliteni” QSC-yə sədr müavini təyin olunub. Bir il sonra isə bu vəzifədən çıxarılıb.

**** Lalə Babayeva baş verən hadisələr fonunda yazdıqlarının düzgün şərh edilmədiyini bildirərək hər kəsdən üzr istəyib. “Hörmətli soydaşlarımız, bu gün sosial şəbəkədə fikir ayrılığına səbəb olan şərhim təəssüf edirəm ki, düzgün anlaşılmayıb və həmin şərh heç də çalışdığım müəssisənin mövqeyini əks etdirmir. Bu səbəbdən, Azərbaycan vətəndaşı olaraq, cəmiyyətimizdə belə arzuolunmaz rəy yarandığı üçün çox təəssüf edir, bütün həmvətənlərimizdən yanlış anlaşmaya görə üzr istəyirəm”, deyə o qeyd edib.
Tarix
24 Aprel 2018 [20:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin