Ana səhifə
23 Oktyabr 2018

“iPhone X”-in ən böyük çatışmazlığı üzə çıxdı

“Creative Strategies” araşdırma şirkətinin keçirdiyi sorğu göstərib ki, ən bahalı “Apple” smartfonlarının sahiblərini “iPhone X”-in imkanlarından yalnız biri qane etmir. İKT.lent.az-ın Vladtime.ru saytına istinadən məlumatına görə, istifadəçilər bildirib ki, bu smartfonda ən faydasız funksiya “Siri” səsli köməkçisidir. Çünki bu proqram hər zaman öz funksiyalarını yerinə yetirmir. 

Araşdırmalar zamanı mütəxəssislər 2 mindən çox “iPhone” istifadəçiləri arasında sorğu aparıblar. Yubiley smartfonunun ümumi qiymətləndirilməsi belə olub: istifadəçilərin 97 faizi cihazdan razı, 85 faiz istifadəçi isə onuncu modeldən olduqca razıdır. Mütəxəssislər qeyd ediblər ki, razılıq səviyyəsi yüksək olduqca, məhsul daha da yaxşı olur. Rəyi soruşulanların yalnız 20 faizi bildiriblər ki, onları “Siri”nin fəaliyyəti qane edir.  

 
“Apple” cihazının ikinci razı salınası funksiyası frontal kameranın portret rejimidir. Bu funksiya 68 faiz müsbət rəy toplayıb. “iPhone X” istifadəçiləri hesab edirlər ki, korporasiya səsli köməkçinin üzərində daha da işləməlidir. Çünki “Siri” istənilən vəziyyətdə hər zaman kömək edə bilər. Misal üçün, proqram çox vaxt bu gün həftənin hansı günü olduğunu belə bilmir. 

Tarix
24 Aprel 2018 [21:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin