Ana səhifə
27 May 2018

Ərini öldürüb bəraət almışdı, hökm ləğv edildi

Bakı Apellyasiya Məhkəməsində ərini ürəyindən bıçaqlayaraq öldürməkdə təqsirləndirilən və bəraət alan 27 yaşlı Nuridə Kərimovanın məhkəməsi yekunlaşıb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Apellyasiya instansiyasında hakim Sahibxan Mirzəyev Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü ləğv edib. N.Kərimova zəruri müdafiə həddini aşmaqla adam öldürməkdə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, istintaq zamanı bu müddəti həbsdə saxlanıldığı üçün cəzası çəkilmiş sayılıb və sərbəst qalıb.

Xatırladaq ki, hadisə 2016-cı il iyulun 23-də Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Cəlilabad rayon sakini N.Kərimova deyib ki, əri V.Kərimov sərxoş vəziyyətdə onu döyüb, stulu başına vurmaq istəyəndə əlinə bıçaq götürüb və V.Kərimov üstünə gələndə bıçaq sinəsinə batıb. V.Kərimovun atası, hüquqi varisi Safa Kərimov məhkəmədə gəlini Nuridəni bağışladığını deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub və N.Kərimovaya bəraət verilib. O məhkəmə zalından azadlığa buraxılıb.

Prokurorluq isə hökmdən narazı qalıb və cəzanın ağırlaşdırılması üçün verdiyi protesti Bakı Apellyasiya Məhkəməsi təmin etməyib və hökm qüvvədə saxlanılıb. Prokurorluq bu dəfə kassasiya şikayəti verib. Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə şikayətə baxılıb və qərar ləğv edilərək iş yenidən apellyasiya instasiyasına qaytarılıb. 

Tarix
24 Aprel 2018 [15:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin