Ana səhifə
23 May 2018

“Beşiktaş” – “Qarabağ” oyununun vaxtı bəlli oldu

Türkiyənin "Beşiktaş" klubu bu il Azərbaycana səfər edəcək.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, "qara-qartallar"ın ölkəmizə səfəri sentyabr ayında reallaşacaq.  İstanbul klubu ölkəmizə səfər çərçivəsində "Qarabağ"la dostluq oyunu keçirəcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda reallaşacaq. 
Bu barədə məlumatı klubun prezidenti Fikret Orman yerli mətbuata açıqlamasında bildirib: "Azəbaycana səfər çərçivəsində dostluq oyunu keçirəcəyik və rəsmi mağazamızın açılışını edəcəyik. "Beşiktaş" inkişaf edir və əlbəttə ki, bizim qarşımızı kəsmək istəyənlər var. Bizimlə meydanda rəqabət etməlidirlər. Həm komandamız, həm də ölkəmiz üçün mübarizə aparacağıq".

Qeyd edək ki, Fikret Orman bir neçə gün öncə ölkəmizdə səfərdə olub.   

Tarix
24 Aprel 2018 [14:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin