İran TANAP vasitəsilə qaz ixracını təşkil edə bilər

İran Transanadolu qaz kəməri (TANAP) vasitəsilə layihə iştirakçıları üçün səmərəli qiymət və şərtlərin müəyyənləşdiriləcəyi təqdirdə qaz ixracını təşkil edə bilər.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin “Petform” şirkətinin baş mütəxəssisi Gökhan Soruş deyib. O qeyd edib ki, İran TANAP-a qoşulmağı qərara alarsa, o zaman müvafiq infrastrukturun yaradılması üçün genişmiqyaslı iş aparmalı olacaq. Bunun üçün isə İrana böyük investisiyalar tələb olunacaq:

“Avropaya tədarükün diversifikasiyalaşdırılması üçün İranın kifayət qədər qaz ehtiyatı var, TANAP hazırda planlaşdırılan həcmdən daha çox qaz nəql etmək imkanına malikdir. İlk növbədə tərəflər arasında səmərəli şərtlər müəyyən edilməlidir”.

Tarix
24 Aprel 2018 [19:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2018-04-24 19:13:11
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin