Ana səhifə
23 Oktyabr 2018

Dünyanın ən nəhəng palçıq vulkanı 30 ildən sonra bu il ikinci dəfə püskürüb

Aprelin 22-də Bakı şəhərindən 76 km cənub-qərbdə yerləşən Torağay palçıq vulkanın növbəti püskürməsi qeydə alınıb. 

Ucnoqta.az xəbər verir ki, AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə,Şamaxı-Qobustan neftli-qazlı rayonunun cənubunda inkişaf tapmış bu vulkan marfometrik göstəricilərinə görə dünyanın ən nəhəng palçıq vulkanı sayılır.
AMEA Geologiya və Geofizika İnstitutunun (GGİ)  “Palçıq vulkanizmi” şöbəsindən verilən məlumatda bildirilir ki, mütləq hündürlüyü 400 m-dən bir qədər yüksək, oturacağının ölçüləri 3,8 x 2,9 km olan Torağay palçıq vulkanın sonuncu püskürməsi bu il mart ayının 1-də baş  verib. Bundan əvvəlki püskürmə 1988-ci il ildə qeydə alınınıb. 

Vulkanın yeni püskürməsi iki fazada - ilkin faza saat 7:58, sonuncusu isə 9:45 radələrində baş verib. Püskürmədən sonra GGİ-nin“Palçıq vulkanizmi” şöbəsinin alimləri vulkan sahəsində çöl-tədqiqat işləri həyata keçirərək baş vermiş püskürməni qiymətləndiriblər. Hesablamalara görə, Torağayın qərbində yerləşən eruptiv kanalın fəaliyyəti nəticəsində yer səthinə xaric olunmuş brekçiyanın sahəsi 6,1 ha, həcmi isə 42 525 kubmetr olub. Püskürmə nəticəsində Torağayın cənub-qərb yamacı boyu əmələ gələn vulkan dilinin uzunluğu 1 km-dən çoxdur. Vizual qiymətləndirmələrə görə, püskürmə ilə əlaqədar əmələ gələn alov sütunlarının hündürlüyü 400 metrə çatıb.

Son illər Azərbaycan ərazisində müşahidə olunan püskürmələrin sayında və miqyasında qeydə alınan göstəricilər regionda baş verən geodinamik gərginliklə əlaqələndirilir.

 

Tarix
24 Aprel 2018 [14:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin