Ana səhifə
20 Avqust 2018

Həsən Ruhani: “Türk dili ilə fəxr edirik”

İran prezidenti Həsən Ruhani Təbriz şəhərinə səfər edib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, “Təbriz - 2018” proqramının rəsmi açılış  mərasimində iştirak etmək üçün Təbrizə gedən və ictimaiyyət qarşısında çıxış edən H. Ruhani ölkədə türk (Azərbaycan) dilinin təşviqinə çağırıb.
“Türk dili ilə fəxr edirik. Bu dil İranın iftixarı və ətirli gülüdür. Mən qeyrətli Azərbaycan xalqının ədəbinə, fədakarlığına, səylərinə görə təşəkkür edirəm. Biz Urmiya gölünün bərpası, Azərbaycan dilinin inkişafı, idman və "Traktorsazi" klubu ilə bağlı verdiyimiz vədlərin arxasındayıq. Əgər hökumətin 2013-cü ildən indiyədək etdiyi çalışmalar olmasaydı, Urmiya gölündən əsər-əlamət qalmazdı” – deyə o, söyləyib.

H. Ruhani iqtisadi problemlərə də toxunub və bazarda gərginliyin səngiməsinə çalışdıqlarını vurğulayıb: “Mən İranın böyük xalqına və Azərbaycanın qeyrətli xalqına  söz verirəm ki, Amerika, sionistlər və regionun bəzi ərəb ölkələrinin İranın inkişafının qarşısını almaq üçün səyləri səmərəsiz olacaq. Ağ Evdə oturanlar bilsinlər ki, öz öhdəliklərinə əməl etsələr də, etməsələr də, İran xalqı onların bütün çirkli planları qarşısında var gücü  ilə duracaq”.

H. Ruhani İranın qeyri-neft sektorunda ixracatın artdığını və xalqın ehtiyacı olan malların təmin olunmasında heç bir narahatlığın yaşanmadığını vurğulayıb: “Əgər hər hansı bir çətinlik yaransa da, İran xalqının dəstəyi ilə həmin problemi həll edəcəyik”.

Tarix
24 Aprel 2018 [14:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin