Ana səhifə
23 Oktyabr 2018

Fransa prezidenti İlham Əliyevi təbrik edib

Fransa prezidenti Emmanuel Makron İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib. 

Təbrikdə deyilir:
“Hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, Azərbaycanın və onun xalqının rifahı naminə fəaliyyətinizdə Sizə uğurlar diləyir, ən səmimi arzularımı çatdırıram. Bu münasibətlə mən növbəti illərdə də ikitərəfli əlaqələrimizi inkişaf etdirmək arzusunda olduğumu, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində Fransanın var qüvvəsi ilə çalışacağını bir daha vurğulamaq istəyirəm. Bu il fevralın 21-də Sizə göndərdiyim məktubda qeyd etdiyim kimi, bu məsələlər ətrafında fikir mübadiləsinin aparılmasını vacib hesab edir və yaxın aylarda Parisdə Sizinlə görüşmək arzusunda olduğumu bildirirəm. Cənab Prezident, bir daha Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdıraraq, yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Tarix
24 Aprel 2018 [14:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin