Ana səhifə
18 Avqust 2018

Şəbnəm: Adını dəyişməsə, məhkəməyə verəcəm

Əməkdar artist Şəbnəm Tapdıq bir müddət əvvəl onun adını daşıyan ifaçıları məhkəməyə verməklə hədələmiş və etirazla qarşılaşmışdı.
 

Ucnoqta.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi yenidən bu mövzunu gündəmə gətirib. O, Şəbnəm Qəhrəmanova adlı gənc ifaçıdan adını dəyişməsini tələb edib. Ş.Tapdığın bununla bağlı yazışmasını aparıcı Zabir Əliyev sosial şəbəkədə yayıb. Yazışmada Ş.Tapdıq Zabirə həmin xanıma onun sözlərini çatdırmasını qeyd edib:
“Qəhrəmanovanın səhnə adı var idi, niyə onunla çıxmır? Şadiyə adı ilə oxusun. Statistikada mən adımda ilkəm. Səhnə adı pis deyil ki, Şadi qəşəngdir. Məhkəməyə getməyim”.
Ş.Qəhrəmanova isə cavabında "Yenə başladıq. Nə adımı dəyişirəm, nə də ləqəb götürürəm. Kim hara gedir getsin" cavabını verib.
 

Qeyd edək ki, Ş.Tapdıq Azərbaycanda “Şəbnəm” adının ilk dəfə onda olduğunu deyib. Sənətçi şou-biznesdə bu adda müğənni olmasını istəmir.

Tarix
24 Aprel 2018 [12:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin