Ana səhifə
26 May 2018

Səhiyyə Nazirliyi uşaqlarını xaricə aparan valideynlərə xəbərdarlıq edib

"Dünyada suçiçəyi xəstəliyinə qarşı peyvənd tətbiq olunsa da, Azərbaycanda ona qarşı vaksin tətbiq olunmadığından suçiçəyinə yoluxma halları hələ də qeydə alınır".

Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, suçiçəyi xəstəliyi daha çox soyuq aylarda, xüsusilə noyabr və dekabr aylarında qeydə alınır. Lakin əvvəlki illərlə müqayisədə ötən ilin noyabr-dekabr aylarında ölkədə yoluxma halları azalıb.

A.Əliyeva bildirib ki, Azərbaycanda vaksinlə idarəolunan xəstəliklərə yoluxma halları qeydə alınmır: "Azərbaycanda qızılçaya yoluxma halları yoxdur. Ukraynada isə peyvəndləmə səviyyəsi aşağı olduğundan, insanlar ondan imtina etdiklərindən qızılca xəstəliyi alovlanıb. Azərbaycanda peyvənddən kənarda qalan uşaqlar var. Ona görə də belə uşaqlar xaricə gedərkən onlar xəstəliyə yoluxa bilərlər. Bu səbəbdən valideynlər çox diqqətli olmalı, uşaqlarını peyvənd etdirməlidirlər".

A.Əliyeva vurğulayıb ki, 2014-cü ildən vaksin preparatları Azərbaycana UNICEF-in xətti ilə gəlir. Ölkəyə daxil olan vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının təhlükəsizlik və effektivlik standartlarına cavab verir. Ölkə ərazisinə daxil olan və özəl tibb müəssisələrində istifadə olunan vaksinlər SN-nin Analitik Ekspertiza Mərkəzində qeydiyyatdan keçirilir.

RGEM-in baş direktoru İmran Abdullayev isə deyib ki, Azərbaycanda hər il olduğu kimi, bu il də "Avropa immunlaşdırma həftəsi " keçirilir. Aprelin 23-dən 29-dək keçirilən immunlaşdırma həftəsi çərçivəsində sahə poliklinikaları tərəfindən hər hansı səbəbdən peyvənddən kənarda qalan uşaqlar milli peyvənd təqviminə uyğun olaraq, peyvənd ediləcəklər:"Biz çalışırıq ki , bütün uşaqlar peyvəndə cəlb olunsun. Amma Ii mmunlaşdırma həftəsi zamanı bütün uşaqlar peyvəndə cəlb olunmir. Bu məsələdə 100 faizlik göstərici əldə etmək mümkün deyil. Bu, bütün dünyada belədir".

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı mütəxəssisi Cəvahir Süleymanova qeyd edib ki, peyvəndlərin əhəmiyyətini insanlara çatdırmaq lazımdır. Bu baxımdan belə tədbirlərin həyata keçirilməsi əhəmiyyətlidir. report

Tarix
24 Aprel 2018 [12:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin