Ana səhifə
17 Oktyabr 2018

Gəncədə mənzildən 30 min dollar oğurlanıb

DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Gəncə şəhərindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. 

Ucnoqta.az xəbər verir ki, DİN-dən APA-ya bildirilib ki, məlumatla əlaqədar Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və Sadıllı qəsəbəsində yaşayan A. Əliyevanın evindən 30000 ABŞ dolları və məişət əşyalarının oğurlandığı məlum olub.
DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rahid İbişov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

Tarix
24 Aprel 2018 [11:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin