Ana səhifə
16 Dekabr 2018

Sumqayıtda 31 yaşlı kişi qətlə yetirilib

Sumqayıtda qətl törədilib.

Ucnoqta.az xəbər verir ki, Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Bakı-Sumqayıt yolunda qeydə alınıb. Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sücaət Əhməd oğlu Əsgərov “Nissan” markalı avtomobilində yaralı vəziyyətdə aşkar edilib. Təcilli olaraq xəstəxanaya çatdırılan S. Əsgərov orada dünyasını dəyişib.
S. Əsgərovun kimin tərəfindən bıçaqlanması hələlik məlum deyil.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir.  

Tarix
24 Aprel 2018 [11:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin