Bakıda ilk 3 ayda 52 nəfər yol qəzalarının qurbanı olub

23:04 - 23 Aprel 2018 - Xəbər

Bakıda ilin ilk 3 ayı ərzində yol-nəqliyyat hadisələri zamanı 52 nəfər ölüb.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsində 2018-ci ilin I rübünün nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib. Paytaxt ərazisində baş vermiş 135 (140) yol-nəqliyyat hadisəsində 52 (45) nəfər həlak olub, 108 (133) nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 3,6%, xəsarət alanların sayı isə 18,8% azalsa da, həlak olanların sayı 15,6% artıb.trend

Xəbər xətti