İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlanılıb

16:26 - 23 Aprel 2018 - Xəbər

Dövlət Sərhəd Xidmətinin sərhəd nəzarətinin əməkdaşlarının sa­yıqlığı və vəzifə borclarının icrasına məsuliyyətlə yanaşması nəticə­sin­də külli miqdarda narkotik vasitənin ölkə ərazisinə gətirilməsinin qar­şısı alınıb.

Ucnoqta.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, belə ki, “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından rəsmi qaydada Azərbaycan Respub­li­ka­sına gələn 1979-cu il təvəllüdlü Azərbaycan Respublikası və­təndaşı Əzizov Gülmirzə Adil oğlu saxlanılıb və şəxsi baxış nəti­cəsində üzə­rin­də 2500 qram tiryək, 500 qram heroin aşkar olun­ub.

Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.


Xəbər xətti