Generala hökm oxundu- 14 il

15:43 - 23 Aprel 2018 - Xəbər

Sübahir Qurbanova hökm oxundu

Hazırda MTN-nin generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova və onların əməkdaşları Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizova hökm oxunur.  Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, prosesə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov sədrlik edir.

Məhkəmə kollegiyasının hökmü ilə general Sübahir Qurbanov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı çıxış edərək general Sübahir Qurbanovun 16 il, Teymur Quliyevin 16 il, Natəvan Mirvətovanın 12 il, Füzuli Əliyev 15 il, Natiq Əliyev 14 il,  Zaur Məmmədov 13 il, Elşad Əzizov 8 il, Fərhad Atayev 7 il , Anar Şirəliyev 7 il, Eşqin Əliyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xəbər xətti