Ana səhifə
27 May 2018

Günəş sisteminin Yerə yaxın əkizi

Beynəlxalq astronomlar komandası ilk dəfə Yerə yaxın Günəş sisteminin əkizinin şəkilini əldə ediblər.

Dörd ekzoplanetli HR 8799  adlı gənc ulduzun 30 milyon il yaşı var.  Bu ulduzun yaxınlığında Yerdən 130 işıq ili məsafədə Peqas bürcü yerləşir. Alimlər ilk üç qazlı nəhəngi hələ 2008-ci ildə kəşf ediblər. Dördüncü isə iki il əvvəl aşkar edilib. Əvvəllər alimlər ehtimal edirdilər ki, HR 8799 ulduzunun ətrafında beşinci ekzoplanet-nəhəng də var. Lakin son müşahidələr bunu təsdiq etməyib.
Bu arada Yaponiyada kainatın yaradılışı ilə bağlı sirləri açmaq üçün xüsusi eksperiment keçiriləcək. Yaponiyalı alimlər COMET eksperimentini 2017-ci ildə başlamağı planlaşdırıblar. Eksperiment Yaponiyanın JPARK surətləndirici kompleksində baş tutacaq. Sınaqların layihəsi üzərində 13 ölkədən 170 mütəxəssisin işlədiyi deyilir. Layihənin dəyəri 50 milyon avro qiymətləndirilir. Təbiətin sirlərini açmağa hesablanan bu eksperimentin ilkin mərhələsi 2017-ci ildə, ikinci mərhələsi isə 2020-2021-ci illərdə başlayacaq. Yaponiyalı alimlər bu eksperimentlə yaradılış haqqında mübahisələrə aydınlıq gətirəcəklərinə ümid edirlər.
 

 

Tarix
23 Aprel 2018 [21:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin