İlham Əliyev akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarına fəxri adlar verib

14:45 - 23 Aprel 2018 - Xəbər

 

Prezident İlham Əliyev akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarına fəxri adlar verib.

Sərəncama əsasən, oftalmologiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilir:

“Əməkdar elm xadimi”

Kərimov Kərəm Təbriz oğlu

“Əməkdar həkim”

Ağayev Misirxan Muradxan oğlu
Şamilova Faiqə Hacıbala qızı.

Xəbər xətti