Ana səhifə
16 Oktyabr 2018

BP Azərbaycan ərazisində 8 dəniz platforması inşa edib

Azərbaycanda biznes “British Petroleum”un (BP) qlobal portfelində ən vacib və prioritet sahələrdən sayılır.

Bunu “Downstream Xəzər və Mərkəzi Asiya – ticarət, logistika, neft emalı və neft-kimya” 3-cü Beynəlxalq forumu zamanı “BP Azerbaijan”ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O bildirib ki, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycan hökuməti ilə şirkətin birgə səyləri ilə beynəlxalq səviyyəli bir çox layihələr həyata keçirilib:

“Qlobal miqyaslı layihələrdən biri Bakı-Tbilisi-Ceyhan neft kəməridir. Bu günədək BP tərəfindən Azərbaycan ərazisində 8 dəniz platforması tikilib”.

 

O həmçinin vurğulayıb ki, BP-nin Azərbaycanda iştirak etdiyi layihələr arasında “Qərbi Azəri”, “Şərqi Azəri”, “Şahdəniz-1” və “Şahdəniz-2” layihələri yer alır:

“Böyük həcmdə xarici investisiya cəlb edən “Şahdəniz-2” reallaşdırılmasına görə ən qəliz sualtı qaz hasilatı layihəsidir və demək olar ki, 99 faiz icra olunub. “Şahdəniz-2” layihəsində 2017-ci ilin sentyabrında sualtı tikinti işləri üçün dəyəri 378 milyon dollar olan “Xankəndi” gəmisi cəlb edilib”.

Vitse-prezident əlavə edib ki, "Azəri-Çıraq-Günəşli" yatağında bugünədək 3,3 milyard barel neft, "Şahdəniz" yatağında 89 milyard kubmetr qaz və 76 milyon barel kondensat hasil olunub.trend

Tarix
23 Aprel 2018 [19:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin