Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozları yüksəldib

18:34 - 23 Aprel 2018 - İQTİSADİYYAT

Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozları yüksəldib. “APA-Economics” Dünya Bankına istinadən xəbər verir ki, bu il Azərbaycanda iqtisadi artım 1,8% təşkil edəcək.

DB-nin mütəxəssisləri hesab edir ki,  "Şahdəniz 2" layihəsinin hesabına Azərbaycanda ortamüddətli dövrdə ÜDM artımı, qeyri-neft sektorunun inkişafı sürətlənəcək. Bundan başqa, qurumun analitiklərinin fikrincə, ölkənin sabit neft hasilatı və dünya bazarında "qara qızıl"ın qiymətinin yüksək olması da iqtisadi artım tempinə müsbət təsir edəcək.

"Dövlət investisiyalarının artırılması qeyri-neft sektorunda artımı şərtləndirəcək. Mərkəzi bank inflyasiyanı cilovlamaq üçün pul-kredit siyasətinin sərtləşdirilmə siyasətini davam etdirməlidir", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, DB yanvar ayında 2018-ci ildə Azərbaycanda 0,9%-lik artım proqnozlaşdırıb.

Xəbər xətti