Dünyanın bir neçə şəhərində Serj Sarqsyana qarşı etiraz aksiyası keçirilib

11:09 - 23 Aprel 2018 - Xəbər

ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərində Serj Sarqsyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyası keçirilib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, mitinqi ABŞ-dakı erməni icması təşkil edib.

Bildirilib ki, bu şəhərdə çoxlu sayda erməni yaşayır. Məlumata görə, icmanın keçirdiyi aksiyalarda indiyədək bu qədər sayda adam iştirak etməyib. Yürüş iştirakçıları Ermənistan müxalifətinin lideri, deputat Nikol Paşinyanın azadığa buraxılmasını tələb ediblər.

S.Sarqsyana qarşı etiraz aksiyaları Moskva, Los-Ancelos, Paris, Marsel, Berlin, Brüssel, Minsk və başqa şəhərlərdə də keçirilib.

Qeyd edək ki, aprelin13-dən Serj Sarqysanın baş nazir ollmasına qarşı etiraz aksiyası keçirilir. Etiraz aksiyalarına baxmayaraq, aprein 17-də Ermənistan parlamenti Serj Sarqyanın baş nazir seçib. 

Xəbər xətti