Bu gündən 17 marşrut avtobusunun hərəkət istiqaməti dəyişdirilir

09:17 - 23 Aprel 2018 - Xəbər

Bu gündən Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz faəliyyətini təmin etmək məqsədi ilə 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobusların hərəkət sxemində dəyişiklik ediləcək. 125 nömrəli marşrut xəttinin fəaliyyəti isə müvəqqəti olaraq dayandırılacaq. Ucnoqta.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər 01.05.2018-ci il tarixinədək qüvvədə olacaq.

Xəbər xətti