Neftçalada iki avtomobil toqquşub

13:57 - 22 Aprel 2018 - HADİSƏ

Neftçala rayonunda iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Astanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində Neftçala sakinləri: - 1992-ci il təvəllüdlü Orxan Əbülfəz oğlu Manafov və 1988-ci il təvəllüdlü Xəyal Gündüz oğlu Nuriyev xəsarət alıblar. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti