Ana səhifə
26 May 2018

Qaradağda vulkan püskürüb- Foto

Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Torağay palçıq vulkanında 2 dəfə püskürmə baş verib. Ucnoqta.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, birinci püskürmə səhər saat 8, ikinci isə saat 10 radələrində qeydə alınıb. Hazırda proses davam edir. Qeyd edək ki, palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq müşahidələr həyata keçirilir. Torağay palçıq vulkanı ETSN-nin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. Bu günədək vulkan 11 dəfə püskürüb. Sonuncu dəfə bu ərazidə 2018-ci ilin martın 1-də vulkan püskürməsi qeydə alınıb.
Tarix
22 Aprel 2018 [12:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin