“Shamkir Chess 2018”: Bu gün IV turun görüşləri keçiriləcək

11:46 - 22 Aprel 2018 - İDMAN

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turniri davam edir. Bu gün turnirdə IV turun görüşləri keçiriləcək.   Əvvəlki üç turunda bütün görüşləri heç-heçə bitən turnirdə ilk qələbə qazananlar liderliyə yüksələcək. Azərbaycan şahmatçılarından ən çətin sınaq Teymur Rəcəbovu gözləyir. O, dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək. Təmsilçimiz ağ fiqurlarla oynayacaq.   Bolqarıstanlı Veselin Topalov isə Şəhriyar Məmmədyarovun rəqibi olacaq. Qrossmeysterimiz qaralarla mübarizə aparacaq. Ağ fiqurlarla oynayacaq Rauf Məmmədovu nisbətən asan rəqib gözləyir. O, polşalı Radoslav Voytaşek üz-üzə gələcək. Qafqazinfo

Xəbər xətti