Göygöldə iki avtomobil toqquşub

10:34 - 22 Aprel 2018 - HADİSƏ

Göygöl rayonu ərazisində xəsarət ilə nəticələnən avtomobil qəzası baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, "Mercedes" markalı kiçik həcmli yük avtomobili ilə "VAZ"ın toqquşması nəticəsində ikinci maşında olan 1977-ci il təvəllüdlü sərnişin Əziz İsgəndərov xəsarət alıb. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər xətti