Dmitri Medvedev Novruz Məmmədovu təbrik edib

19:44 - 21 Aprel 2018 - Xəbər

Rusiya hökumətinin başçısı Dmitri Medvedev Novruz Məmmədovu Azərbaycanın baş naziri vəzifəsinə təyin edilməsi münasibəti ilə təbrik edib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. "Rusiya və Azərbaycanı bərabərlik, bir-birinin maraqlarına hörmət və xoş qonşuluq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətləri bağlayır. Əminəm ki, ikitərəfli ticari-iqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi, nəqliyyat, neft-qaz, aqro-sənaye, həmçinin yüksək texnologiya, təhsil və mədəniyyət sahələrində böyük birgə layihələrin həyata keçirilməsi ölkələrimizin uzunmüddətli maraqlarına tam cavab verəcək", - deyə mətbuat xidməti baş nazirin teleqram mətnini sitat gətirir.

Xəbər xətti