Ölkədə təbii qaza tələbat artıb

15:24 - 21 Aprel 2018 - Xəbər

"Azərbaycanda havanın qəfil soyuması nəticəsində ölkəmizdə, xüsusilə də şimal regionunda təbii qaza tələbat artıb".  Ucnoqta.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib. Onun sözlərinə görə, təmsil etdiyi qurum abonentlərə təbii qazın verilişini də artırıb: “Ötən günə nisbətən 830 min kubmetr əlavə təbii qaz verilib. Tələbat artdıqca təbii qazın verilişi də artırılacaq”.

Xəbər xətti