Sabirabadda yanğın olub

10:38 - 21 Aprel 2018 - HADİSƏ

Sabirabad rayonunda yanğın hadisəsi qeydə alınıb. Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabirabad rayonu, Nərimankənd kəndində ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyaları 15 m² sahədə və altına yığılmış 6 ton ot bağlamasının 3 tonu yanıb. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti