Azərbaycanda 100 ildən çox yaşayanların sayı azalıb

Azərbaycanda yaşı 100 və 100-dən yuxarı olan əhalinin sayı azalıb. Ucnoqta.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ümumilikdə yaşı 100 və 100-dən çox olan insanların sayı azalsa da, uzunömürlü kişilərin sayı çoxalıb. Belə ki, 2013-cü ildə yaşı 100-dən çox əhalinin sayı 838 nəfər olub ki, onun da 814-ü qadın, 24-ü kişi olub. 2014-cü ildə yaşı 100-dən çox olan əhalinin sayı 669 (635 qadın, 34 kişi), 2015-ci ildə 619 (547 qadın, 72 kişi), 2016-cı ildə 626 (530 qadın, 96 kişi), 2017-ci ildə 683 (535 qadın, 148 kişi) olub. 2017-ci ildə yaşı 100-dən çox olanların 50-si Bakıda, Abşeron iqtisadi rayonunda 9, Gəncə-Qazax iqtisadi rayonunda 44, Şəki-Zaqatala iqtisadi rayonunda 15, Lənkəran iqtisadi rayonunda 17, Quba-Xaçmaz iqtisadi rayonunda 7, Aran iqtisadi rayonunda 36, Kəlbəcər-Laçın iqtisadi rayonunda 69, Dağlıq Şirvan iqtisadi rayonunda 9, Naxçıvan Muxtar Respublikasında 44 nəfər olub. Ötən illər ərzində Aran iqtisadi rayonunda olan 100-dən çox yaşlı əhalinin sayı nəzərə çarpan dərəcədə azalıb. 2013-cü ildə burada yaşı 100-dən çox olan əhalinin sayı 120 olduğu halda, 2015-ci ildə bu rəqəm azalaraq, 37-yə, 2017-ci ildə isə 36-ya enib. Ölkədə ümumilikdə yaşı 100-dən çox olan insanlar daha çox Yuxarı Qarabağ iqtisadi rayonunun payına düşüb. 2013-cü ildə burada 258 nəfər yaşı 100 və daha yucarı yaşda olan insan yaşayıb. Bu say sonrakı illərdə yalnız artıma doğrui dəyişib və nəticədə 2017-ci ildə Yuxarı Qarabağ iqtisadi rayonunda yaşı 100 və 100-dən yuxarı olan əhalinin sayı 383-ə (311 qadın, 72 qadın) yüksəlib.
Tarix
20 Aprel 2018 [21:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin