Bakıda polis bölməsinin ərazisində üç top mərmisi tapılıb

19:43 - 20 Aprel 2018 - Xəbər

Bu gün saat 13:10-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakının Nərimanov rayonu, M.Nərimanov küçəsi 1 ünvanında mərminin tapılması barədə məlumat daxil olub.   Ucnoqta.az xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu əraziyə göndərilib.   Rayonun 17-ci polis bölməsinin inzibati ərazisinə baxış keçirilib, üç ədəd boş top mərmisi (1 ədəd 100 mm-lik OF-412, 1 ədəd 122 mm-lik S-463 və 1 ədəd 122 mm-lik OF-530) aşkar olunub. Mərmilər götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Xəbər xətti