Gömrükdə ölkəyə qanunsuz gətirilən baytarlıq dərman preparatları aşkar edilib

19:20 - 20 Aprel 2018 - Xəbər

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən idarənin "Sadıxlı" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi Mersedes Benz C-230 markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.   Ucnoqta.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, gömrük baxışı zamanı avtomobilin salonundan, motorxana hissəsində hava filtrinin içərisindən və yük yerindəki çantalardan 5400 qram baytarlıq dərman preparatları aşkar edilib.   Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti