Ana səhifə
19 Sentyabr 2018

Prezident baş nazir təyin etdi

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Məhəmmədkalı Abılqaziyevin baş nazir təyin edilməsi barədə sərəncam imzalayıb. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat xidməti xəbər yayıb. Məlumata görə, sərəncamla həmçinin Nazirlər Kabinetinin üzvləri də təyin edilib. Qeyd edək ki, aprelin 19-da Qırğızıstan prezidenti Nazirlər Kabinetinə Parlamentin etimad göstərməməsini nəzərə alaraq hökumətin istefaya göndərilməsi barədə sərəncam imzalamışdı. Belə ki, Qırğızıstan Parlamentinin deputatları baş nazir Sapar İsakovun rəhbərliyi altında Nazirlər Kabinetinə etimadsızlıq ifadə edən sənədin lehinə səs veriblər. Qərarı 101 deputat dəstəkləyib, 5 nəfər əleyhinə səs verib.
Tarix
20 Aprel 2018 [18:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin