Ana səhifə
13 Dekabr 2018

“CinemaPlus”da “Dörd baş” filmin premyerası keçirilib- Video

Gənclik Mall TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında  komediya janrında olan “Dörd baş” filminin premyerası keçirilib.

Filmin qalasında “Dörd baş”da rol alan aktyorlar, tanınmış incəsənət nümayəndələri, qonaqlar, media nümayəndələri iştirak ediblər. Nümayişdən əvvəl foyedə qonaqlar üçün furşet təqdim olunub.
Filmin rejissoru Natiq Novruzovdur. Filmdə əsas rolları Azər Axşam, Nofel Şahlaroğlu, Ceyhun Məmmədli, Natiq Fərzəliyev ifa ediblər. Filmin süjet xəttinə görə, kənddə aktyorluqla məşğul olan Şərifin yuxusuna atası girir və özünü molla kimi təqdim eden fırıldaqçının ucbatından neytral zonada qaldığını deyir və Şərifin həyatı bu yuxudan sonra alt-üst olur. İş o yerə gəlib çıxır ki, onu həbs edirlər. Bütün hadisələr bundan sonra cərəyan edir. 
Film aprelin 19-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunur.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Tarix
20 Aprel 2018 [11:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin