Pirallahıda qətl törədən şəxsin məhkəməsi başlayıb

11:40 - 20 Aprel 2018 - Xəbər

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirləndirilən Zahid Məmiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, cinayət işi məhkəmə baxışına qəbul edilib.

Proses mayın 2-də davam etdiriləcək.

Qeyd edək ki, 2017-ci il iyunun 3-də Pirallahı qəsəbəsinin Xanlar küçəsindən qəsəbə sakini Nəsir Əkbərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Zahid Məmiyev tutulub.

Z.Məmiyev Cinayət Məcəlləsinin 120.2-ci (xüsusi amansızlıqla qətlə yetirmə) maddəsi ilə ittiham edilir. 

Xəbər xətti