Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mübarizədə iştirak edir

18:11 - 20 Aprel 2018 - KİVDF

Əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə ölkə hüdudlarından kənara məcburi çıxarma cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş hallarda tətbiq edilir

Azərbaycanda miqrasiya proseslərinin nəzarətdə saxlanılması ilk növbədə milli təhlükəsizliyin hərtərəfli təmini baxımından aktuallıq kəsb edir. Miqrasiya idarəetmə sisteminin inkişafı məqsədilə qanunvericiliyə edilmiş dəyişiklilərə uyğun olaraq, həvalə edilmiş səlahiyyətlər çərçivəsində Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mübarizədə iştirak edir, miqrasiya qanunvericiliyinin pozulması  ilə bağlı  inzibati xətalar haqqında işlərə baxır, zəruri hallarda qanunvericiliyi pozmuş əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada tutur. Görülmüş işlərin nəticəsi olaraq, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 4665 qərar qəbul edilib. 2018-ci ilin I rübü ərzində Bakı şəhərində, həmçinin respublikanın digər  şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 4665 qərar qəbul edilib. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı 2856 qərar qəbul edilib ki, onlardan 2313-ü ölkəni tərk etmə barədə, 543-ü ölkə ərazisində yaşamalarını qanuniləşdirmə ilə bağlı olub. Ölkə ərazisinə girişinə məhdudiyyət qoyulma ilə bağlı qəbul edilmiş 1653 qərardan 1333-ü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə respublikanın hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 320-si Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişinə məhdudiyyətin qoyulması ilə bağlı olub. Müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması ilə bağlı 53, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlərin görülməməsi ilə bağlı 92 qərar qəbul edilib.

Ümumiyyətlə, 2018-ci ilin I rübü ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 19040 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

2018-ci ilin I rübü ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 163805 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsin  müraciəti qeydə alınıb.

Rüb ərzində DMX-nın “Çağrı mərkəzi”nə 24197 zəng  daxil olub.

Xidmət tərəfindən 2018-ci ilin I rübü ərzində 20 maarifləndirmə tədbiri və 10 səyyar xidmət keçirilib.
Bu il martın 29-da Azәrbaycan Respublikasının vәtәndaşlığına qәbul edilmiş şәxslәr and içiblәr. Azәrbaycan Prezidentinin Sәrәncamları ilə vәtәndaşlığa qәbul edilәn şәxslәrin andiçmә mәrasimindә Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov bildirib ki, Azәrbaycan Prezidentinin 2008¬-ci il 6 mart tarixli Fәrmanına müvafiq olaraq, Dövlәt Miqrasiya Xidmәtinin vәtәndaşlıq mәsәlәlәrindә iştirakı tәmin edilib. Həmçinin Azərbaycan Respublikası Prezdentinin 2015-ci il 11 fevral tarixli Fərmanına əsasən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək də bilavasitə DMX-nın vəzifəsi kimi müəyyən olunub.
Tədbirdə Azәrbaycanda son illәrdә hәyata keçirilәn islahatlar nәticәsindә әldә edilәn uğurlardan, beynәlxalq birliyin bәrabәrhüquqlu subyekti kimi sabitliyin yüksәk sәviyyәdә tәmin edildiyi, multikultural dәyәrlәrin hakim olduğu, tolerantlıq nümunәsi sayılan respublikamızın dünyanın siyasi, iqtisadi vә mәdәni mühitinә verdiyi töhfәlәrdәn danışılıb. Azәrbaycanda yaşamaq, işlәmәk, tәhsil almaq, xüsusilә respublikamızın vәtәndaşı olmaq istәyәnlәrin sayının ildәn-¬ilә artdığı qeyd olunub.
Vәtәndaşsızlıq hallarının aradan qaldırılması ilә bağlı ölkәmizdә görülmüş işlәrә dә nәzәr salınıb. Təkcə 2017-ci il ərzində 31min 690 şəxsin vətəndaşlıq mənsubiyyəti araşdırılıb və 27 min 88 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb vә onlar müvafiq dövlәt qurumu tәrәfindәn Azәrbaycan Respublikası vәtәndaşının şәxsiyyәtini tәsdiq edәn sәnәdlәrlә tәmin edilib.

Sonra vәtәndaşlığa qәbul edilmiş 58 və bərpa olunmuş 2 şәxs dövlәt bayrağı önündә Azәrbaycan Respublikasının Konstitusiyasına әl basaraq Azәrbaycan Respublikasına sadiq olacaqları barәdә tәntәnәli surәtdә and içiblәr.
Andiçmә “Azәrbaycan Respublikasının vәtәndaşlığı haqqında Qanun”a 2014¬-cü il 30 dekabr tarixdә әlavә edilmiş yeni mәzmunda 15¬-1.¬-ci maddәyә әsasәn keçirilib.
And içәn Azәrbaycan Respublikasının vәtәndaşı andın mәtnini imzalayır vә bu sәnәd Dövlәt Miqrasiya Xidmәtindә saxlanılır. Tәdbir Dövlәt Himninin ifası ilә yekunlaşıb.
 Aprel ayında isə Dövlət Miqrasiya Xidmətinin qa¬nun¬suz miqrasiyaya qarşı keçirdiyi təd¬bir¬lər za¬ma¬nı 5 nə¬fər Pakistan İslam Res¬publikasının və 1 nəfər Türkiyə Respub¬li¬ka¬sının və¬¬tən¬da¬şı ol¬maq¬la, ümumilikdə 6 əcnəbi sax¬¬¬la¬nıl¬ıb. Araşdırma zamanı qeyd edilən əcnəbilərin Azərbaycan əra¬zi¬sin¬də olma və yaşama qay¬da¬larını poz¬duqları məlum olub.   Qeyd edilən əcnəbilərin respublikanın hüdudlarından kə¬na¬ra çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
Martda qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində 15 əcnəbi saxlanılıb. Xidmətin qanunsuz miqrasiyaya qarşı keçirdiyi təd¬bir¬lər za¬ma¬nı 14 nə¬fər Hindistan və 1 nəfər Banqladeş və¬¬tən¬da¬şı olmaqla, ümumilikdə 15 əcnəbi sax¬¬¬la¬nıl¬ıb.Araşdırma zamanı Hindistan vətəndaşlarından 6 nəfərin Azərbaycan əra¬zi¬sin¬də olma və yaşama qay¬da¬larını poz¬duğu və 8 nəfərin ölkəyə gəlişinin bəyan edil¬miş məqsədinə əməl etmədiyi məlum olub. Saxlanılmış və ölkə ərazisində qanunsuz yaşayan Banq¬la¬deş vətən¬daşı Abir Mirzanur Rahmanın müəyyən məbləğdə ödəniş qar¬¬şı¬lığında saxta müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əldə etməyə ça¬lışdığı məlum olub. Belə ki, Dövlət Miqrasiya Xidməti tərəfindən  Rusiya Federasiyasının az¬yaş¬lı vətəndaşının adına verilmiş vəsiqənin elektron nüsxəsi üzərində mə¬lu¬¬mat¬lar dəyişdirilərək A.M.Rahmanın adına sax¬ta¬laş¬dı¬rılıb. Əcnəbi hə¬min vəsiqənin Azərbaycan Respublikası vətəndaşı Yu¬subov Tərlan Tofik oğ¬lu tərəfindən hazırlandığını bildirib.

Bundan əlavə, Azərbaycana işləmək adı altında aldadılaraq gətirilmiş və keçirilmiş tədbirlər zamanı saxlanılmış daha 4 nəfər Hindistan və¬tən¬da¬şı¬¬nın sahibkarlıq fəaliyyəti adı altında pərdələndiyi, lakin heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmadıqları məlum olub. Bu şəxslərdən bəzilərinin Azərbaycana gə¬¬tirilmələrini, burada yerləşdirilmələrini Azər¬bay¬canda daimi yaşayan Pakistan İslam Respubli¬ka¬sı¬nın və¬tən¬da¬şı Mu¬ham¬mad Nasirin təşkil etdiyi və onun müəyyən məb¬ləğdə ödəniş qar¬şı¬lı¬ğın¬da həmin əcnəbiləri qa¬nun¬suz yollarla leqal¬laş¬dı¬rmağa çalışdığı aşakar edilib.
Göstərilən hər iki faktla bağlı müvafiq tədbirlər görülməsi üçün materiallar aidiyyəti orqanlara göndərilib.
Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mü¬ba¬ri¬zə  tədbirlərini  aprel ayında da davam edeib. Bu ayda üç dəfə belə hal qeydə alınıb və 21 nəfər saxlanılıb.. Keçirilmiş araşdırma tərdbirləri nəticəsində qeyd olunan qa¬nun¬suz miqrasiya kanalının təşkilatçıları ifşa edilib. Saxlanılmış əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kə¬na¬ra çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.  Miqrasiya Məcəlləsinin 78-ci maddəsində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasının əsasları tənzimlənir. Bildirilir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər cinayət törədildiyinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edildikdə,. inzibati xəta törədildiyinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma inzibati tənbeh tədbiri tətbiq edildikdə, bu Məcəllənin 79-cu maddəsinə uyğun olaraq əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edildikdə ölkədən kənara çıxarıla bilər. Cinayət törətdiyinə görə məhkum olunmuş əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş hallarda tətbiq edilir və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada icra edilir. Həmin şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasından irəli gələn digər məsələlər bu Məcəllə ilə həll edilir. İnzibati xəta törətmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Həmin şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasından irəli gələn digər məsələlər bu Məcəllə ilə həll edilir.

Xəbər xətti